Zərif: Küveyt, Qətər və İraqa səfər əla idi
İyul 31, 2015 09:06 Asia/Baku
İran İslam Respublikası xarici işlər naziri 3 ərəb ölkəsinə regional səfərini əla qiymətləndirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif öz Twitter səhifəsində yazıb: Küveyt, Qətər və İraq rəsmiləri ilə yüksək və konstruktiv müzakirələr aparıb.İran xarici işlər naziri hələ də şübhə yanaşanlara cavab olaraq bildirib: Qonşular İranın xarici siyasətinin prioritetidir və zəruri və dəyərli bir seçimdir.
İran xarici işlər naziri ötən bazar günü Küveyt, Qətər və İraqa 2 günlük səfər edərək bu ölkələrin rəsmiləri ilə müxtəlif məsələlər, o cümlədən nüvə anlaşması, terrorizmlə mübarizə və ikitərəfli əlaqələr barədə danışıqlar apardı.
İran nüvə müzakirələrindən öncə və sonra həmişə qonşu və region ölkələri ilə münasibətləri genişləndirmək ardınca olmuşdur.
İran dəfələrlə bildirib ki, qonşu və region ölkələrinin təhlükəsizliyi İranın təhlükəsizliyidir və de-stabillik problemi ilə mübarizə üçün kollektiv əməkdaşlıq və etimadı məntiqli və konstruktiv strategiya hesab edir.
İran İslam Respublikası həmişə yaxşı qonşuluq və qonşu və region ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşıb və stabillik yaradan siyasət İranın regional aktiv diplomatiyasının özəyini təşkil edir.