Avq 05, 2015 09:26 Asia/Baku
  • Əmirəbdollahiyan: İran regional müttəfiqləri qətiyyətlə dəstəkləyir
    Əmirəbdollahiyan: İran regional müttəfiqləri qətiyyətlə dəstəkləyir

İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini deyib: İran qonşular və region ölkələri ilə hərtərəfli həmkarlıqla yanaşı, qəti şəkildə öz regional müttəfiqlərini himayəni davam etdirəcək.

IRIB-nin məlumatına görə, Hüseyn Əmirəbdollahiyan İranın 2-ci telekanalının çərşənbə axşamı günü gecə yayılan "Eksklüziv dialoq" verilişi ilə müsahibədə İran xarici işlər nazirinin ötən həftə regiona olmuş səfərinə toxunaraq, deyib: Bu səfər Fars Körfəzi ətrafındakı qonşulara münasibəti, həm də bizim əsas müttəfiqlərimizdən biri olan İraqa səfəri əhatə edirdi.
O, söhbətinin digər bir hissəsində İran ilə Altılıq arasındakı nüvə müzakirələrinin yekun nəticəsinə toxunaraq, vurğulayıb: Nüvə razılaşması göstərdi ki, beynəlxalq əlaqələr səhnəsində diplomatik müzakirələr səmərəli ola bilər.
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Suriyanın xarici işlər naziri və Putinin nümayəndəsi ilə olmuş son görüşləri, həmçinin İranın Suriya böhranının həlli üzrə yenilənmiş layihəsi barədə söyləyib: İran elə əvvəldən bu qənaətdə idi ki, region böhranları, o sıradan Yəmən, Bəhreyn və Suriya böhranlarıının sıfr siyasi həll yolları var.
Əmirəbdollahiyan vurğulayıb: İran istər Suriya böhranında, istərsə də Ərəbistanın Yəmənə qarşı təcavüzü məsələsində siyasi layihə irəli sürdü və təbiidir ki, hazırkı dövrdə bu layihələr yenilənməlidirlər.
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini İranın Suriya barədəki yenilənmiş layihəsi barədə deyib: Suriya başçıları ilə bu layihənin daha artıq detalları araşdırılmalıdır, amma mühüm cəhət budur ki, siyasi həll yolu üzərində təmərküzləşmə və region ölkələri və qonşularla hərtərəfli həmkarlıqla paralel surətdə regional müttəfiqlərin dəstəklənməsi, İranın diplomatiya aparatının ciddi gündəmində durur.

Teqlər