Avq 13, 2015 17:23 Asia/Baku
  • İran və Pakistan xarici işlər nazirləri ikitərəfli əlaqələrin hərtərəfli inkişafına təkid ediblər
    İran və Pakistan xarici işlər nazirləri ikitərəfli əlaqələrin hərtərəfli inkişafına təkid ediblər

İran İslam Respublikası və Pakistanın xarici işlər nazirləri ikitərəfli əlaqələrin inkişafına təkid ediblər.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif və Sərtac Əziz cümə axşamı İslamabadda görüşüb, ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını araşdırıblar.
Bu görüşdə həmçinin, regional böhranların diplomatik yolla həllinə təkid edilib.
İran və Pakistan arasında ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıqların genişləndirilməsi barədə də danışıqlar aparılıb.
Zərif və Sərtac Əziz həmçinin, iki ölkə əlaqələrinin xüsusilə iqtisadiyyat sahəsində genişləndirilməsi üçün mühüm addımların atılmasına təkid ediblər.

Teqlər