Avq 21, 2015 17:31 Asia/Baku
  • Əmirəli Hacızadə
    Əmirəli Hacızadə

İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı yaxın gələcəkdə bu qüvvələrin böyük raket manevrinin keçirilməsindən xəbər verib.

Fars xəbər agentliyinin məlumatına görə, Sepah-ın hava-kosmos qüvvələrinin komandanı general-mayor pasdar Əmirəli Hacızadə ümumi fikrin Sepah-ın ballistik raketləri, eləcə də BMT Təhlükəsizlik Şurasının son qətnaməsi vasitəsilə yaranmış "manevr təşkili" barədə iki qaranlıq cəhət və suala toxunaraq, əlavə edib: Manevrlər keçmişdəki kimi gündəmdə durmaqda davam edir və son iki ildə olduqca böyük uğurlar da əldə olunub.
Hacızadə həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaxın gələcəkdə böyük ballistik raketlər manevri keçirməsindən xəbər verib və bildirib ki, bu məsələ düşmənlərə bir cavab ola bilər ki, onun detalları gələcəkdə elan olunacaq.

Teqlər