Avq 27, 2015 09:45 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran xarici işlər naziri deyib ki, ABŞ konqresi müştərək addım üzrə əhatəli proqramın rədd olunması üçün siyasi qrup və partiyaların, eləcə də sionist lobbinin təzyiqləri altındadır.

Məhəmməd Cavad Zərif çərşənbə günü gecə İRNA ilə müsahibədə deyib: İran ilə 5+1 qrupu arasındakı müştərək addım üzrə əhatəli proqram adlı nüvə razılaşmasının Amerika konqresində qəbul olunması qərara alınmayıb.
O, əlavə edib: ABŞ konqresində bu razılaşmanın rədd olunması üzrə təzyiqlər və hərəkətlər başlanıbdır, amma onun rədd olunması ehtimalı zəifdir və bu hərəkətlər nəticəsiz qalacaq.
O, sonra deyib: Hərçənd Amerikada çəkişmələr mövcuddur və əksər konqresmenlər bu razılaşma ilə müxalifdirlər, amm Amerika prezidetinin ixtiyarları və qanunvericilik üsullarına əsasən, Obamanın bu mövzunu konqresdən çıxara bilməməsi ehtimalı çox azdır.
Zərif həmçinin İrana qarşı sanksiyaların götürülməsi barədə deyib: Hələ qarşı tərəfdən real addım atılmayıbdır, amma müxtəlif ölkələr və iqtisadi mərkəzlər maraqla bu məsələni izləyirlər.

Teqlər