Sen 02, 2015 17:32 Asia/Baku
  • Əmirəbdolllahiyan və Nəsrullahın regional məşvərəti
    Əmirəbdolllahiyan və Nəsrullahın regional məşvərəti

İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini və Livan Hizbullahının baş katibi ilə görüşərək, onunla son regional hadisələr barədə məsləhətləşib.

IRIB-nin məlumatına görə, Seyid Həsən Nəsrullah bu görüşdə bir daha nüvə razılaşması və İranın nüvə elminin qorunması və inkişafındakı nailiyyətinin təsbitini təbrik edərək, sionist rejimin regionun hazırkı şəraitdəki təxribatçı rolunu təcavüz və ekspansianizm siyasəti üzərində təmərküz adlandıraraq, müqaviməti Livana qarşı hər cür hədə ilə mübarizədə ən yaxşı şərait hesab edib.

Livan Hizbullahının baş katibi həmçinin ifratçılıq və terrorizmlə mübarizə və regionun təhlükəsizliyinə köməkdə Tehranın rolunu son dərəcə mühüm adlandırıb və terrorizmlə mübarizə və regionun sabitliyi və təhlükəsizliyinə kömək üçün region ölkələrinin müşayiət etmələri zərurətini vurğulayıb.

Bu görüşdə Hüseyn Əmirəbdollahiyan da deyib ki, İran daim Livanın sabitliyi və təhlükəsizliyini dəstəkləyir və Livanda milli birliyə təkid edir.

O, bildirib: Biz livanlıların dialoqunu dəstəkləyirik və bu qənaətdəyik ki, xarici müdaxilə regiondakı probelemlərin şiddətlənməsinə səbəb olur.

İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini vurğulayıb: Bütün region ölkələri sionist rejimin fitnələri qarşısında sayıq olmalı və islami ölkələr bəzi tərəflərin görməməzlikləri üzündən müharibə, terrorizm və ekstremizmin alovunda yanmamalıdırlar.

Teqlər