Sen 04, 2015 09:30 Asia/Baku
  • Zərif Əlməyadin telekanalı ilə müsahibə edib
    Zərif Əlməyadin telekanalı ilə müsahibə edib

İranın xarici işlər naziri deyib ki, sionist lobbinin Amerikanın siyasətlərinə təsiri məntiqsizdir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Əlməyadin telekanalı ilə müsahibədə sionist lobbinin nüvə razılaşmasının qəbul olunmaması üçün ABŞ konqresinə təsir göstərməsinə toxunaraq, ümidvarlıq edib ki, amerikalılar məntiqli və aqilanə bir qərar çıxaracaqlar.



Zərif sonra terrorizmin heç bir sərhəd tanımadığını bildirərək, onunla mübarizə üçün müştərək strategiyaya ehtiyac duyulduğunu və bu zaman təkcə hərbi strategiya ilə kifayətlənməməyi vurğulayıb.



Zərif Suriyada keçid mərhələsinin hazırlanması və bu ölkə prezidentinin kənara qoyulması haqda İran, Rusiya, Amerika və Ərəbistan arasında razılığın əldə olunması iddiasını rədd edərək, bildirib ki, İran və Rusiya Suriya üçün həmin ölkə xalqının özünün qərar çıxarmalı olduğu qənaətində olduqlarını vurğulayıb.



Zərif daha sonra Əlcəzair səfərinə toxunaraq, həmin ölkə ilə iqtisadi əlaqələrin xüsusən neft bazarı sahəsində ortaq maraqların qorunması istiqamətində inkişaf etdiriləcəyini bildirib.

Teqlər