Sen 06, 2015 14:37 Asia/Baku
  • Almaniyanın Baden Vurtemberq əyalətinin iqtisadiyyat və maliyyə nazirinin İranın neft naziri ilə görüşü
    Almaniyanın Baden Vurtemberq əyalətinin iqtisadiyyat və maliyyə nazirinin İranın neft naziri ilə görüşü

İranın neft naziri alman şirkətlər vasitəsi ilə İranda enerji istehlakının kəskin tərzdə azalmasını istəyib.

ŞANA xəbər agentliyinin məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə bazar günü Tehranda Almaniyanın Baden Vurtemberq əyalətinin iqtisadiyyat və maliyyə naziri Nilz Şmidtlə görüşdə Almaniyanın Baden Vurtemberq əyalətinin ümumi mənada maşınqayırma, xüsusi mənada isə avtomobilqayırma sahəsində öncül olduğunu bildirərək, ümidvarlıq edib ki, İranda Almaniyanın təcrübələri və texnologiyalarından istifadə olunacaq.



Almaniyanın Baden Vurtemberq əyalətinin iqtisadiyyat və maliyyə naziri də İranın neft naziri ilə görüşdən sonra müxbirlər qarşısında deyib ki, alman şirkətlər İranla həmkarlığa inanır və İranın müxtəlif iqtisadi, sənaye və enerji sahələrində iştirak etmək istəyirılər.



Almaniyanın Baden Vurtemberq əyalətinin iqtisadi, mühəndislik və ticarət sektorlarından olan 68 fəaldan ibarət alman heyət bu əyalətin iqtisadiyyat və maliyyə nazirinin sədrliyi ilə Tehrana səfər edibdir.

Teqlər