İranlıların 90%-dən çoxu nüvə proqramının inkişafını dəstəkləyir
Sen 10, 2015 17:33 Asia/Baku
İki xarici müəssisənin müştərək şəkildə apardığı rəy sorğusuna əsasən, iranlıların 90%-dən çoxu İranda nüvə sənayesinin genişlənməsini dəstəkləyir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, nüvə anlaşmasından sonra Meriland Beynəlxalq Araşdırmalar və Təhlükəsizlik Mərkəzi və İran Pol saytının müştərək şəkildə apardığı rəy sorğusuna əsasən iranlıların 90%-dən çoxu nüvə proqramının genişlənməsini dəstəkləyib. Beləliklə onların 84,6% bu məsələni çox önəmli, 8,6% də nisbətən önəmli adlandırıb.Bu rəy sorğusundakı suallardan biri isə iranlıların 5+1 qrupuna üzv ölkələr barəsindəki baxışı olub. Rəy soğrusuna görə ABŞ və İngiltərə bu 6 ölkə arasında ən mənfur üzvlər olub.
8-18 avqustda keçirilən rəy sorğusunda nüvə anlaşmasının icrasından sonra iqtisadi şəraitin sürətlə yaxınlaşması ilə bağlı iranlıların yüksək gözləntiləri qeyd olunur.