Sen 13, 2015 12:28 Asia/Baku
  • Millət vəkili: Ərəbistan dövləti Məkkə faciəsinə görə məsuliyyət daşımalıdır
    Millət vəkili: Ərəbistan dövləti Məkkə faciəsinə görə məsuliyyət daşımalıdır

Tehran əhalisinin İran İslam Şurası Məclisindəki nümayəndəsi deyib: Ərəbistan Məkkədəki qanlı hadisəyə görə məsuliyyət daşımalıdır.

İRİB-nin məlumatına görə, Tehran əhalisinin İran Parlamentindəki nümayəndəsi xanım Lalə Eftexari şənbə günü deyib: Necə ola bilər ki, külək qaldırıcı kranın aşmasına və onlarla zəvvarın ölməsi və yaralanmasına səbəb olur? Ərəbistan rəsmiləri bu məsələyə aydınlıq gətirməlidirlər.


Eftexari Kəbə evi ətrafında bürc tikməklə məşğul olanları tənqid edərək, deyib: Hazırda Allah evi bu tikintilərin kölgəsində qalıb. Halbuki, Ərəbistan rəsmiləri bu müqəddəs məkanı qorumağa borcludurlar, ona qarşı hörmətsizliyə icazə verməməlidirlər.


Məkkədə bir qaldırıcı kranın aşması nəticəsində 107 zəvvar həlak olub, 250 nəfər də yaralanıb. Bu qanlı hadisədə bir iranlı zəvvar da həyatını itirib, daha 25 iranlı zəvvar da yaralanıb.


Ərəbistan rəsmiləri bu qaldırıcı kranın külək nəticəsində aşdığını iddia edirlər.

Teqlər