İranın inqilab və müstəqillik parametrlərinə riayət olunmaqla nüvə anlaşması icra olunacaq
https://azeri.sahartv.ir/news/İran-i197621-İranın_inqilab_və_müstəqillik_parametrlərinə_riayət_olunmaqla_nüvə_anlaşması_icra_olunacaq
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Yekun Müştərək Təşəbbüs Proqramının icrasında İran İslam Respublikasının inqilab və müstəqillik parametrlərinə riayət olunmasını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2015 05:52 Asia/Baku
  • İranın inqilab və müstəqillik parametrlərinə riayət olunmaqla nüvə anlaşması icra olunacaq
    İranın inqilab və müstəqillik parametrlərinə riayət olunmaqla nüvə anlaşması icra olunacaq

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Yekun Müştərək Təşəbbüs Proqramının icrasında İran İslam Respublikasının inqilab və müstəqillik parametrlərinə riayət olunmasını vurğulayıb.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani İslam Şurası Məclisinin xüsusi komissiyasında Yekun Müştərək Təşəbbüs Proqramının araşdırılması üzrə iclaslar barədə deyib: Parlamentin Yekun Müştərək Təşəbbüs Proqramı üzrə xüsusi komissiyasında bu proqramın araşdırılmasının nəticəsi milli rəyə əsasən olmalı və ona zərbə vurmamalıdır.


"Əgər İran İslam Şurası Məclisində Yekun Müştərək Təşəbbüs Proqramı üzrə texniki və ekspert məsələsi istənilən cinah baxışından kənar olarsa, Ali Milli Təhlükəsizlik Şurasında izlənilən yol kimi ixtilafların yaranmasına mane ola bilər" -deyə Şəmxani əlavə edib.


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib: Əlbəttə Yekun Müştərək Təşəbbüs Proqramı bir mətn deyildir, digər mətnlərə da malikdir və mütləq İranda Yekun Müştərək Təşəbbüs Proqramının mətninin kənarında ABŞ, İsrail rejimi və regionun bəzi ölkələrində Yekun Müştərək Təşəbbüs Proqramının mətni də nəzərdə tutulmalıdır.


Şəmxaninin sözlərinə görə, bu toplunun araşdırılmasında Yekun Müştərək Təşəbbüs Proqramının araşdırılmasından önəmli onun icra formatı olacaqdır. Mütləq bu barədə həssaslıq vardır və İslam İnqilabının Böyük Rəhbərinin mehvərliyi ilə İran İslam Respublikasının inqilab və müstəqillik paramterlərinə riayət olunmaqla nüvə anlaşmasının icrası bu zolağın keçilməsində ictimaiyyətin vəhdətini özündə saxlaya bilər.


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: İctimaiyyətin vəhdəti çərçivəsində həm sülhməramlı nüvə qüdrətini qorumaq, həm də ədalətsiz sanksiyaları İran xalqının çiynindən götürmək olar.