Nüvə proqramının tənqidçiləri Ərak projesi barədəki dəyişikliklərə qane olublar
Sen 15, 2015 10:24 Asia/Baku
-
Nüvə proqramının tənqidçiləri Ərak projesi barədəki dəyişikliklərə qane olublar
İran İslam Şurası Məclisində Yekun Müştərək Təşəbbüs Proqramı üzrə xüsusi komissiyanın üzvü deyib: Bu komissiyanın üzvləri və tənqidçilər Əraka səfər etməklə və Ağı Su proyekti ilə yaxından tanış olmaqla bu proyektdə dəyişikliklər barədə qane olublar.
İran İslam Şurası Məclisində Yekun Müştərək Təşəbbüs Proqramı üzrə xüsusi komissiyanın üzvü Abbasəli Mənsuri Arani İRNA-ya verdiyi müsahibədə bildirib: Ərak Ağı Su Stansiyasına baxışın keçirilməsi yaxşı idi və hamı qane oldu ki, Ərak Ağır Su Stansiyasındakı dəyişikliklər böyük və doğru iş olmuşdur.Mənsuri Arani əlavə edib: Görünür Ərak stansiyası barəsində Yekun Müştərək Təşəbbüs Proqram üzrə xüsusi komissiyanın üzvlərində artıq sual olmayacaq. Çünki bu sahədə irəli sürülən bütün suallar və problemlərə cavab verildi.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü bildirib: Ərak Ağır Su Stansiyasındakı dəyişikliklər barəsində İranın nüvə komandasının planları tam sayıqlıq və yaradıcılığa malik olmuşdur. Və bu işin münasib iqtisadi qənaətlə çoxlu xəstələri müalicə edə biləcəyini göstərir.
Mənsuri Araninin sözlərinə görə, Yekun Müştərək Təşəbbüs Proqramı üzrə xüsusi komissiyanın üzvlərinə Ərakda təkdim olunanlar işin doğru və düzgün olduğunu əks etdirir. Hətta tənqidçilər tam şəkildə əlaqədar suallar, o cümlədən islam quruluşuna bir növ təhqir hesab olunan Ərak Rekatorunun dəyişilməsi barəsindəki iddia barədə qane oldular.
İran İslam Şurası Məclisində Yekun Müştərək Təşəbbüs Proqramı üzrə xüsusi komissiyanın üzvləri bazar ertəsi günü Əraka səfər çərçivəsində Ağır Su Stansiyasına baxış keçirdilər və stansiya və generatorlarda ağır suyun istehsalı prosesi ilə yaxından tanış oldular.