Sen 15, 2015 19:35 Asia/Baku
  • BQXK-nın Yəmən vətəndaşlarına köməyi yetərsizdir
    BQXK-nın Yəmən vətəndaşlarına köməyi yetərsizdir

İran xarici işlər nazirinin müavini Yəməndə müharibədən zərərçəkən vətəndaşlara humanitar yardımların müntəzəm şəkildə göndərilməsi və bu ölkədə insan faciəsinin baş verməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin dərhal addım atmasını istəyib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian çərşənbə axşamı günü Beynəxlalq Qırmızı Xaç Komitəsinin regional baş direktoru ilə Tehranda görüşdə bu komitənin regiondakı böhranla üzləşən ölkələrə humanitar yardımların edilməsi üzrə vəzifələrinə toxunaraq deyib: Bu qurumun Yəməndəki yardımları yetərsizdir.
Əmir Abdullahian əlavə edib: Təəssüflər olsun ki, bəzi ölkələrin beynəlxalq qaydalar və insan prinsiplərinə zidd yanlış hesablama və hərəkətləri böhranla qarşılaşan ölkələrdə vəziyyətin acınacaqlı olmasını şiddətləndirib. Belə ki, bunun ilk qurbanı günahsız vətəndaşlardır. Bəzi hallarda da beynəlxalq humanitar yardım təşkilatları təsir altına düşür və təhlükə ilə üzləşirlər.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin regional baş direktoru Robert Mardini də Yəməndəki insan vəziyyətini acınacaqlı və təəssüfləndirici adlandırıb və deyib: Beynəlxalq Qırmızı Xaç Komitəsi humanitar yardımların göstərilməsi üçün təhlükəsizliyin olmaması və son həftələr ərzində bir neçə işçisinin həlak olmasına baxmayaraq, öz fəaliyyətini dayandırmayıb və Yəmənin bütün bölgələrində ehtiyaclılara və sivillərə yardımın çatdırılması üzrə öz vəzifəsini yerinə yetirir. Lakin müharibə şəraitinə görə yardımların çatdırılması ləngdir və çətinliklə üzləşib.
İraq və Suriyaya humanitar yardımların göndərilməsi üzrə İranın əməkdaşlığını alqışlayan Mardini əlavə edib: Humanitar yardımların çatdırılmasında çoxlu problemlərə baxmayaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsi İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin yardımlarının Yəmən vətəndaşlarına çatması üçün öz səylərini davam etdirir.

Teqlər