Sen 17, 2015 14:25 Asia/Baku
  • İranın nüvə sənayesi nailiyyətləri sərgisi
    İranın nüvə sənayesi nailiyyətləri sərgisi

32-ci nüvə sənayesi nailiyyətləri sərgisi Həmədan Tibb Universitetində start götürüb.

Sentyabrın 22-nə kimi davam edəcək bu sərgində İranın nüvə sənayesi istehsalı olan 400 məhsul nümayiş etdirilir. Bu məhsullardan 225-i uranın zənginləşdirilməsi prosesinə aiddir. Daha 175 adda məhsul isə köməkçi istifadə xarakteri daşıyır.
Həmçinin, uran mədənlərinin istismarından tutmuş, uranın zənginləşdirilməsinə kimi olan yanacaq istehsalı dövriyyəsinə, nüvə enerjisindən kənd təsərrüfatı, tibb və dərman sənayesində istifadəsinə qədər olan tam nüvə dövriyyəsi də bu sərgiyə baxış keçirənlərə nümayiş etdirilmiş olur.
İranın Atom Enerjisi Təşkilatı sədrinin müavini Hüseyn Xələfi də 32-ci nüvə sənayesi nailiyyətləri sərgisinin kənarında, nüvə yanacağı dövriyyəsini İranda nüvə texnologiyasının sənayeləşməsinin nişanəsi adlandırıb və deyib: Ötən illər ərzində dinc məqsədlər üçün olan nüvə texnologiyası sahəsində əldə olunan nailiyyətlərdən biri tibb sahəsində son dərəcə yüksək peşəkarlığa malik mütəxəssis kadrların yetişdirilməsi olub.
Hal hazırda dünyada minlərlə nəfər İran istehsalı olan radiodərmanlardan istifadə edir. İranın bu sahəyə aid məhsulları Hindistan, Pakistan, Misir, Suriya və Livana ixrac edilir.
İran İslam Respublikası nüvə texnologiyasına malik bir qüdrət olaraq BMT tərəfindən rəsmən tanınıb. İndi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında, dinc məqsədlər üçün olan nüvə texnologiyasından faydalanaraq, dərman preparatları və vaksinlərin hazırlanması ilə məşğul olan istehsal mərkəzlərinin sentrifuqalara olan ehtiyacını təmin edir.

Teqlər