Yukiya Amano Tehrana daxil oldu
https://azeri.sahartv.ir/news/İran-i197765-yukiya_amano_tehrana_daxil_oldu
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Tehrana səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2015 06:55 Asia/Baku
  • Yukiya Amano Tehrana daxil oldu
    Yukiya Amano Tehrana daxil oldu

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Tehrana səfər edib.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, Yukiya Amanonu bir günlük Tehran səfərində 4 müavini müşayiət edəcək.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İran prezidenti, xarici işlər naziri və Atom Enerjisi Təşkilatının sədri ilə görüşərək danışıqlar aparacaq.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun İrana səfərinin iki tərəf arasındakı yol xəritəsi proqramı çərçivəsində baş tutduğunu bildirib.
İran xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə mavini Həsən Qəşqavi də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun Tehran səfərinə toxunaraq İslam Şurası Məclisində Yekun Müştərək Təşəbbüs Proqramı üzrə xüsusi komissiyasının Yukiya Amanonun bu komissiyanın iclasında iştirak etməklə müraciətinə diqqət çəkərək onun bu komissiyanın iclasında iştirak etməsini ehtimal edib.