İranın Avropanın neft şirkətləri ilə ilkin müzakirələri başlandı
Sen 21, 2015 11:10 Asia/Baku
-
İranın Avropanın neft şirkətləri ilə ilkin müzakirələri başlandı
İranın Avropanın neft şirkətləri iştirakı ilə bağlı ilkin müzakirələri başlanıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Şelf Nefti Şirkətinin icra direktoru Səid Hafizi bazar günü deyib: Fars körfəzinin neft yataqlarının genişləndirilməsində iştirakın araşdırılması ilə bağlı Avropanın Total, Eni və Saypom neft şirkətləri ilə ilkin müzakirələr başlanıb.İranın 6 neft yatağını genişləndirmək üçün xarici şirkətlərin iştirakını müsbət qarşıladığını bəyan edən Hafizi bildirib: Bu barədə heç bir Amerika şirkəti ilə müzakirə olunmayıb.
Hafizinin sözlərinə görə, İran həmçinin Salman qaz yatağında qazın istehsalı üçün Birləşmiş Ərəb Əmirlikləri ilə müzakirə aparmaq niyyətindədir. Bundan öncə də İsfəndiyar neft yatağının genişlənməsi üçün Norveç-Avstriya şirkəti ilə danışıqlar aparılıb.
Cümə günü İranın Milli Neft Şirkətinin icraçı direktoru Rüknəddin Cavadi bir mətbuat konfransında yaxın gələcəkdə yeni neft müqavilələrinin imzalanacağını bildirib.