Sen 21, 2015 20:50 Asia/Baku
  • Parçindən nümunələrin götürülməsi İranın addımı idi
    Parçindən nümunələrin götürülməsi İranın addımı idi

İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi agentlik müfəttişlərinin Parçin hərbi obyektindən nümunələr götürməsinə dair Röytersin məlumatını rədd edib.

İranın AEBA-dakı nümayəndəsi Rza Nəcəfi İSNA-ya verdiyi müsahibəsində agentlik müfəttişlərinin iştirakı ilə Parçin hərbi obyektindən nümunələrin götürülməsinə dair Röytersin məlumatını rədd edərək bildirib: Bu obyektdən nümunələrin götürülməsi İran İslam Respublikasının addımı olmuşdur.
İranın MAQATE-dəki daimi nümayəndəsi əlavə edib: İran İslam Respublikası agentliyin heç bir müfəttişinə nümunələrin götürülməsi və yaxud nümunələrin götürülməsinə nəzarət üçün Parçin obyektinə girmək icazəsini verməyib.
Heç bir müfəttişin yoxlama üçün Parçin hərbi obyektinə daxil olmaq haqqının olmadığını bildirən Nəcəfi əlavə edib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano və onun müavinlərinin baxış keçirmələri yalnız ümumi və protokol xarakteri daşıyırdı.
Nəcəfi həmçinin deyib: Amano və müavinlərinin təchizatları yox idi və onların Parçində olmaları bir neçə dəqiqədən uzun çəkmədi. Yalnız orada heç bir şübhəli şeyin olmaması və onun barəsindəki iddiaların tamamilə yanlış olmalarını görmələri həddində idi.

Teqlər