Parçindən nümunələrin götürülməsi yol xəritəsinə əsasən idi
Sen 22, 2015 10:37 Asia/Baku
-
Parçindən nümunələrin götürülməsi yol xəritəsinə əsasən idi
İranın Atom Enerjisi Təşkilatının sədri Parçin mərkəzində nümunələrin götürülməsinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq üzrə yol xəritəsi çərçivəsində olduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amanonun bazar ertəsi günü İran mütəxəssisləri tərəfindən Parçin mərkəzindən nümunənin götürülməsinə dair sözləri barəsində deyib: Atılan bu addım yol xəritəsi çərçivəsində olmuşdur.Salehi deyib: İran İslam Respublikası və MAQATE indiyə qədər ikitərəfli öhdəliklərə sadiq qalmışlar.
İranın Atom Enerjisi Təşkilatının sədri xatırladıb: İran və MAQATE ötən iyul ayında Vyanada anlaşma imzalayıblar. Bu anlaşmaya əsasən iki tərəf İranın nüvə proqramı ilə əlaqədar qalan məsələlər barəsində addımların atılması üzrə öhdəlik götürüblər.
Salehinin sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru bazar ertəsi günü bu agentliyin Direktorlar Şurasının üzvlərinə müsbət hesabat verdi və Tehrana səfərindən razı qaldığını bildirdi.
"İran milli mənafeyi çərçivəsində addım atır və vəd olunub ki, İranın nüvə proqramı 15 dekabra qədər sona çatacaq və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin iş gündəmindən çıxarılacaq" -deyə Salehi əlavə edib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano bazar ertəsi günü Tehrana səfəri barəsində hesabatda bildirib: Agentlik İran mütəxəssisləri tərəfindən Parçin mərkəzindən götürülən nümunələrin doğruluğunu təsdiqləyir.