Zərif BMT Baş Assambleyasının rəhbəri ilə görüşüb
Sen 24, 2015 09:39 Asia/Baku
-
Zərif BMT Baş Assambleyasının rəhbəri ilə görüşüb
İran İslam Respublikası xarici işlər naziri BMT Baş Assambleyasının rəhbəri ilə görüşərək BMT-nin mehvərliyi ilə beynəlxalq önəmli məqsədlərin irəlilədilməsinin formatı barədə danışıqlar aparıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Məhəmməd Cavad Zərif Mogen Liktoftla görüşdə İran İslam Respublikasının prioritetlərindən birini zorakılıq və ifratçılıqla mübarizə adlandırıb və deyib: İki il öncə BMT-də İran prezidentinin təşəbbüskarlığı ilə səs çoxluğu ilə təsdiqlənən "İfratçılıq və zorakılığa qarşı dünya" qətnaməsində dərc olunan ideyaların reallaşdırılması üçün bir proqramın hazırlanaraq BMT Baş Assambleyasında təsdiqlənməsi qərara alınıb.Zərif Yaxın Şərq, o cümlədən Suriya böhranları barədə deyib: Bu problemin həlli yalnız siyasi yolla mümkündür və İran İslam Respublikası bununla əlaqədar layihə verib. Əlaqədar oyunçuların qəbul etdiyi halda bu böhranın həll olunacağına ümid bəslənir.
İran xarici işlər naziri bildirib: Regional oyunçulardan hər birinin kənara qoyulması region böhranlarının həllinin təxirə salınması ilə nəticələnəcək.
"İran regionda sülh prosesində heç bir hökumət və yaxud oyunçunun kənara qoyulmasını istəmir və inanır ki, əsasən sülh prosesində heç bir toqquşan tərəf kənara qoyulmamalıdır" -deyə Zərif əlavə edib.
BMT Baş Assambleyasının rəhbəri Mogen Liktoft da bu görüşdə Yaxın Şərq və mövcud böhranların həlli barəsində toqquşan ölkələrin idarəsi üçün demokratik yollardan istifadənin olunmasını vurğulayıb.