Sen 27, 2015 09:58 Asia/Baku
  • Məclisdə Mina hadisəsi araşdırıılacaq
    Məclisdə Mina hadisəsi araşdırıılacaq

İran İslam Respublikası İslam Şurası Məclisinin sədr əvəzi Mina hadisəsinin məclisdə araşdırılmasından xəbər verib.

İran İslam Respublikası İslam Şurası Məclisinin sədr əvəzi Seyid Həsən Əbutrorabifərd şənbə günü axşam deyib: Biz İslam Şurası Məclisində çalışacağıq ki, islami parlamentlərin üzvləri Mina hadisəsinin dəyərləndirilməsi və təhlilində iştirak etsinlər və bu istiqamətdə məclisin bütün imkanlarından istifadə edəcəyik.
İran İslam Respublikası İslam Şurası Məclisinin sədr əvəzi həcc mərasiminin düzgün və layiqli keçirilməsini vurğulayaraq, Məscidulhəram və Mina diyarı əhvalatları kimi hadisələrin baş verməsini İslam Ümmətinin uğuruna xələl və onun mövqeyinə zərbənin səbəbi adlandırıb və islami ölkələrin böyük həcc mərasiminin keçirilməsi barədə fikirlərinin yenidən nəzərdən keçirilməsini istəyib.
Belə bir halda, İranın Qırmızı Aypara Cəmiyyətinin baş katibi Əli Əsğər Əhmədi deyib ki, Mina hadisəsində həlak olanlar və yaralananların köçürülmələri üçün bir komitə yaradılıb və lazımi addımların qaydaya salınması üçün proqramlaşdırıma aparılacaqdır.
Əhmədi hadisə günündə Rəmy Cəmərata gedən yolun bağlanmasına toxunaraq, bildirib ki, Minada mövcud olan şəraitə görə, səudiyyənin bu hadisədəki əks-tədbiri tamamilə müşahidə edilir.

Teqlər