İslam İnqilabının Böyük Rəhbəri Mina faciəsində həlak olanların şəhidlər gülzarlarında dəfni ilə razılaşıblar
Sen 27, 2015 19:40 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbəri Mina faciəsində həlak olanların şəhidlər gülzarlarında dəfni ilə razılaşıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bazar günü Vəliyyi Fəqihin nümayəndəsi və İran Şəhid və Fədakar Döyüşçülər Məsələləri Fondunun sədri höccətulislam vəlmuslimin Məhəmməd Əli Şəhidinin Mina faciəsində həlak olanların şəhidlər gülzarlarında dəfni ilə bağlı xahişi ilə razılaşıblar.Höccətulislam vəlmuslimin Şəhidi İslam İnqilabının Böyük Rəhbərinə ünvanlanmış məktubda Vəliyyi Fəqihin nümayəndəsi və iranlı zəvvarların başçısı, həmçinin İranın Həcc və Ziyarət Təşkilatı sədrinin, kədərə qərq olmuş ailələrinin dərdlərinin sakitləşməsi üçün Mina faciəsində həlak olanların şəhidlər gülzarlarında dəfni ilə bağlı xahişlərinə işarə və Şəhid Fondunun bu xüsusdakı hazırlığını elan edərək, İslam İnqilabının Böyük Rəhbərindən bu barədə yol göstərmələrini istəyib.
Həzrət Ayətullahuluzma Xamenei də bu məktubun altında belə buyurublar: Bu əzizlərin cənazələrinin şəhidlər gülzarlarında dəfni layiqli bir hərəkətdir.