Sen 28, 2015 14:10 Asia/Baku
  • Səudiyyəlilərin Mina faciəsi itkinlərinin vəziyyətinin təyini üzrə addımları hələ yetərsizdir
    Səudiyyəlilərin Mina faciəsi itkinlərinin vəziyyətinin təyini üzrə addımları hələ yetərsizdir

İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini deyir: Hərçənd səudiyyə başçıları köməklik barədə söz verib və bəzi həmkarlıqlar ediblər, ancaq səudiyyənin Mina faciəsi itkinlərinin vəziyyətinin təyini üzrə addımları hələ yetərsizdir.

Təsnim xəbər agentliyinin məlumatına görə, Əmir Əbdollahiyan Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşünə işarə edərək, deyib: Səudiyyə başçılarının köməklik barədə söz vermələri və bəzi həmkarlıqlar etmələrinə rəğmən, səudiyyənin Mina faciəsi itkinlərinin vəziyyətinin təyini üzrə addımları hələ yetərsizdir. Səudiyyənin daxili işlər və həcc rəsmilərindən tez bir zamanda, Məkkəyə köçürülmüş konteynerlərdə mövcud olan digər iranlı həlak olanların cənazələrini konsulluq səviyyəsində müşahidə etmə imkanı yaratmalarını gözləyirik.
O, əlavə edib: Səudiyyə başçılarından Mina hadisəsində itkin düşmüş bütün iranlı zəvvarların aşkarlanmasına, vəziyyətlərinin müəyyən edilməsinə, vaxt itirilmədən ciddi və təsirli həmkarlığa və öz məsuliyyətlərinə diqqət yetirmələrini gözləyirik. İranın Məkkədəki həcc üzrə məsul şəxsləri bu istiqamətdə Ərəbistanın Həcc Nazirliyi ilə həmkarlığa və təcili yardıma hazır olmaqda davam edirlər.
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini deyib: Biz itkinlər siyahısında mövcud olan sonuncu şəxsin vəziyyətinin müəyyən edilməsinədək məsələnin ciddi surətdə izlənilməsini davam etdirəcəyik və bu məsələnin sürətli həllinə hər cür kömək etməyə hazırıq.
Mina faciəsində indiyədək 169 iranlı həlak olub və hələ ki, 298 iranlı zəvvarın taleyi barədə bir məlumat yoxdur.

Teqlər