Okt 01, 2015 10:10 Asia/Baku
  • İraqçı: Nüvə tərksilahı, ona sahib ölkələrin məsuliyyətidir
    İraqçı: Nüvə tərksilahı, ona sahib ölkələrin məsuliyyətidir

İran xarici işlər nazirinin müavini deyib: Atom silahına malik ölkələr nüvə tərksilahının gerçəkləşməsində əsas məsuliyyəti daşıyırlar və bu sahədə öz hüquqi öhdəliklərini yerinə yetirməlidirlər.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı Nüvə Silahlarının Tam Şəkildə Məhv Edilməsi üzrə Beynəlxalq Gün münasibəti ilə Nyu-Yorkda keçirilən BMT-nin fotoqalereya sərgisinin açılış mərasimində nüvə konvensiyası barəsində müzakirələrin başlanmasının vacibliyini vurğulayıb.
Qoşulmama Hərəkatının nümayəndəsi olaraq çıxış edən İraqçı 26 sentyabrın BMT Baş Assambleyası tərəfindən Nüvə Silahlarının Məhv Edilməsi üzrə Beynəlxalq Gün adlandırılmasına dair İran prezidentinin təklifinin qəbul edilməsi və təsdiqlənməsini alqışlayıb və əlavə edib: Belə bir gündə nüvə silahının təhlükələri və onun məhv edilməsinin əhəmiyyəti beynəlxalq vacib bir məsələ olaraq gündəmdə saxlanılmalıdır.
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini əhatəli nüvə konvensiyası barədə müzakirənin başlanmasını Qoşulmama Hərəkatı tərəfindən qanuni tələb adlandırıb.

Teqlər