Okt 02, 2015 10:38 Asia/Baku
  • Zərif BMT-nin 70-ci illiyi ilə bağlı iclasda çıxış etdi
    Zərif BMT-nin 70-ci illiyi ilə bağlı iclasda çıxış etdi

İran xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının struktur dəyişikliyi, inkişafda olan ölkələrin bu şurada iştirakını vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT-nin yaradılmasının 70 illiyinə həsr olunan iclasda Qoşulmama Hərəkatının nümayəndəsi olaraq bu iclasın keçirilməsi təklifini alqışlayıb. Zərif bu toplantını bu beynəlxalq qurumun 7 onillik dövründə nailiyyətləri və məğlubiyyətləri barəsində düşünmək üçün fürsət adlandırıb.
Zərif deyib: Ötən illər ərzində müstəmləkəçiliyə, separatçılığa son qoyulması, Yaxın Şərqin vəziyyəti, Fələstin və tərksilah kimi məsələlər bu qurumun üzvlərinin əksəriyyəti üçün əsaslı əhəmiyyətə malik olmuşdur. Qoşulmama Hərəkatı həmişə bu hərəkatın üzvlərinin nəzərdə tutduqları məsələlər barədə əsaslı rolu öz üzərinə götürmüşdür.
İran xarici işlər naziri əlavə edib: Biz həmişə bu məsələni qeyd etmişik ki, BMT, bu təşkilatın nizamnaməsi və beynəlxalq qanunlar beynəlxalq sülh və təhülkəsizliyin qorunmasında zəruri rola malik olmuş və məhdudiyyətlərə baxmayaraq təcili beynəlxalq məsələlər və hazırkı dünyanın üzləşdiyi çalarların araşdırılması üçün kollektiv bir mərkəzdir.
Qoşulmama Hərəkatının həmişə ölkələrin milli hakimiyyəti, ərazi bütövlüyü və digər ölkələrin daxili məsələlərinə müdaxilə etməməyə dair prinsiplərə hörmətlə yanaşdığını və yanacaşağını deyən Zərif əlavə edib: Qoşulmama Hərəkatı həmişə inanıb ki, beynəlxalq sülh və təhlükəsizliyin qorunması və iqtisadi-ictimai inkişafın əldə olunması üçün qanunun hakimiyyəti əsaslı zərurətdir.
İran xarici işlər nazirinin sözlərinə görə, Qoşulmama Hərəkatı bu məsələni qeyd edir ki, BMT nizamnaməsi beynəlxalq təhlükəsizlik və sülhün qorunması üçün yetərli sərt qüvvəyə malikdir və Təhlükəsizlik Şurası tərəfindən bu məqsədlərin izlənilməsi həmin nizamnamə ilə tam şəkildə uyğun olmalıdır.
"BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyaların tətbiq olunması Qoşulmama Hərəkatı üzvləri üçün ciddi nigaranlıq hallarından biri hesab olunur" deyən Zərif əlavə edib: Bu təşkilatın nizamnaməsinə əsasən, sanksiyalar münaqişələrin həlli üçün sülhməramlı yolların nəticəyə çatmadığı halda nəzərdə tutulmalıdır və hətta belə olduğu halda da, onun qısamüddətli və uzunmüddətli təsirləri nəzərə alınmalıdır.
İran xarici işlər naziri sözlərinəin davamında Qoşulmama Hərəkatının nümayəndəsi olaraq beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün təsirli icraçı qüvvə olan Təhlükəsizlik Şurasında əsaslı islahatların aparılması və demokratikləşməsi, eləcə də inkişafda olan ölkələrin bu şurada iştirak etməsi istiqamətində struktur dəyişikliyini istəyib.
Zərif həmçinin Təhlükəsizlik Şurasının soyqırımılar, bəşəriyyətə qarşı cinayətlər, müharibə cinayətləri və toqquşan tərəflər arasında atəşkəsin pozulması qarşılığındakı öz vəzifələrini yerinə yetirməkdə səhlənkarlıq etdiyinə görə Qoşulmama Hərəkatının nigaranlığını bildirib.

Teqlər