Okt 03, 2015 11:26 Asia/Baku
  • Bakıda Azərbaycan Respublikasında yaşayan iranlıların Qədir bayramı şənliyi keçirilib
    Bakıda Azərbaycan Respublikasında yaşayan iranlıların Qədir bayramı şənliyi keçirilib

Azərbaycan Respublikasında yaşayan iranlılar səadətli Qədir bayramı ilə bir zamanda bir mərasim keçirərək, bu mübarək günü qeyd ediblər.

Cümə günü axşam İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzində keçirilmiş bu mərasimdə Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətülislam vəlmuslimin Ocaqnejad səadətli Qədir bayramını təbrik edərək, bu günü mühüm tarixi bir gün adlandırıb və belə deyib: Əmir Əlmuminin Həzrət Əli(ə)-ın imamlığı ilahi bir vəzifə kimi bütün müsəlmanlar üçün iftixar mənbəyidir və o həzrətin davamçısı olmaq böyük iftixardır.
O, çıxışının digər bir hissəsində Mina faciəsinə toxunaraq, söyləyib ki, səudiyyəlilərin məsuliyyətsizliyi, ləyaqətsizliyi və zəif idarəçiliyi əmin-aman ilahi hərəmi Allahın qonaqları üçün təhlükəli etdi və bütün müsəlmanlar bu kədərli hadisə qarşısında öz islami vəzifəsinə əməl etməlidirlər.
İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin də bu mərasimdə Mina faciəsi qurbanlarının xatirəsini anaraq, Qədire Xumu tarixi bir zərurət kimi qeyd edib və Əmir Əlmuminin(ə)-ın müsəlmanların vəlisi seçilməsini bütün dövranlar üçün əhatəli bir müraciət adlandırıb.
O, Qədir məsələsini İslam Dünyasında birliyin mühüm amillərindən adlandıraraq, deyib: Həzərate Məsumin(ə)-ın vilayətinin davam etməsi olan Vəliyyi Fəqihə itaət vacibdir və Vəliyyi Fəqihin İrandakı uğurlu hakimiyyəti göstərdi ki, Həzərate Məsumin(ə)-ın cəmiyyətin idarəsindəki bu üsulunun təşkilində İslamın nurlu göstərişinə əməl İslam Dünyasında mövcud olan problemlərin aradan qaldırılmasına kömək edə bilər.
Azərbaycan Respublikasında Əhli-Beyt(ə) məddahlarından birinin Möminlər Ağası(ə)-ın və səadətli Qədir bayramının vəsfində etdiyi mədhiyyəçiliyi və müxtəlif proqramların icra olunması bu mərasimin digər tədbirlərindən olub.

Teqlər