Okt 12, 2015 19:11 Asia/Baku
  • Daxili və xarici şirkətlər 15-ci beynəlxalq sənaye sərgisini böyük rəğbətlə qarşılayıblar
    Daxili və xarici şirkətlər 15-ci beynəlxalq sənaye sərgisini böyük rəğbətlə qarşılayıblar

İran İslam Respublikasından və müxtəlif dünya ölkələrindən olan ən böyük və ən üstün daxili və xarici sənaye şirkətləri və zavodları Yaxın Şərq üzrə ən iri beynəlxalq sənaye sərgisinə, yəni Tehranda keçirilən 15-ci beynəlxalq sənaye sərgisinə toplaşaraq, özlərinin ən yeni məhsullarını sərgiləyiblər.

Bu sərgidə 450 daxili və 19 ölkədən olan 250-dən çox xarici şirkət iştirak edir.
15-ci beynəlxalq sənaye sərgisi bu il daxili və xarici şirkətlərin böyük rəğbəti ilə üzləşib. İtaliya, Fransa, Avstriya, Türkiyə, Cənubi Koreya, Yaponiya, Tayvan, Hindistan, İngiltərə, İsveç, Rumıniya, Avstraliya, Almaniya, İspaniya, Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Polşa və Hollandiya 15-ci beynəlxalq sənaye sərgisində iştirak edən bəzi ölkələrdəndirlər.
15-ci beynəlxalq sənaye sərgisinin önəmi səbəb olub ki, bir çox xarici ölkə, o sıradan Çin, Almaniya, Türkiyə, Cənubi Koreya, Yaponiya, Tayvan, Hindistan və İngiltərə onda pavilyon formasında iştirak etsinlər.
Sərginin keçirildiyi müddətdə bir neçə xarici ticarət, sənaye, iqtisadi və investisiya şirkəti sərgi məkanına gəlib və sərgidən baxış keçirərək, iranlı şirkətlərlə sənaye və iqtisadiyyat müzakirələrinə girib.

Teqlər