Okt 14, 2015 18:19 Asia/Baku
  • Əmir Əli Hacızadə
    Əmir Əli Hacızadə

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın aviasiya qüvvələri komandanı deyib: Bizim raket bazalarımız yerin 500 metr dərinliyində düşmənin təhdidlərinə cavab verməyə hazırdır.

İRİB-nin məlumatına görə, general-mayor Əmir Əli Hacızadə deyib: İran İslam Respublikasının yeraltı uzaq mənzilli raket bazaları ölkənin bütün sərhəd vilayətləri və şəhərlərində yerləşdirilib və tam hazır vəziyyətdədirlər. Bu raket bazaları uca dağların 500 metr altında yerləşir.

O, ilk dəfə olaraq milli televiziyaya dağların altında yerləşən bu raket bazalarından birində çəkiliş aparmaq icazəsi verərək, müxbirimizə verdiyi eksklüziv müsahibədə deyib: Müxtəlif mənzilli raketlər, bütün bazalarımızda raket platformalarında buraxılmağa hazır vəziyyətdə və barmaqlar tətikdədir. Sadəcə silahlı qüvvələrin Ali Baş Komandanının əmrini gözləyirik.

General-mayor Hacızadə əlavə edib: İslam İnqilabı düşmənlərinin ən son və modern peykləri və casusluq təchizatları qarşısında belə hər hansı bir nigaranlığımız yoxdur.

O, Müdafiə Nazirliyi və Sepah-ın bacarıqlı və istedadlı mütəxəssisləri tərəfindən yaxın, orta və uzaq mənzilli raketlərin layihələşdirilməsi və düzəldilməsinə işarə edərək, deyib: Bu, ölkənin çoxlu saylı raket bazalarından biridir. Və gələn ildən maye və quru yanacaqlı uzaq mənzilli raketlərin yeni nəsilləri hazırda istehsal olunan raketlərin yerini tutacaq.

General-mayor Hacızadə əlavə edib: Masa üzərindəki seçimlərinə güvənənlər Sepahın masaaltı seçimlərinə də bir nəzər salsalar, pis olmaz.

Sepah-ın Aviyasiya Qüvvələri komandanı əlavə edib: Bizim bacarığımız və iqtidarımız sadəcə kiçik bir hissəsini müşahidə edə bildiyiniz bir aysberqə bənzəyir.

General-mayor Hacızadə vurğulayıb: İran xalqına söz verirəm ki, ölkəmizə qarşı sərhədlərdən kənar azacıq da olsa təhdid olmayacaq və ölkə rəsmiləri düşmənlərin nüfuzu qarşısında var gücləri ilə dayansınlar və heç bir süstlük nümayiş etdirməsinlər.

O sonda deyib: İran heç bir müharibənin başlayan tərəfi deyil. Amma, əcnəbilər belə bir səhvə yol vermiş olsalar, raket bazaları yerin dərinliklərindən bir vulkan kimi püskürəcəklər ki, bu da düşmənin canına düşəcək bir od olacaq.

Teqlər