Okt 15, 2015 20:58 Asia/Baku
  • İranın hərbi inkişafı regionda qüdrət tarazlığını dəyişir
    İranın hərbi inkişafı regionda qüdrət tarazlığını dəyişir

Bir Amerika institutu Əhatəli Müştərək Təşəbbüs Proqramının İranın müdafiə strukturuna təsirləri ilə əlaqədar yeni hesabatında bildirib: Silah anlaşmaları İran üçün diqqəti cəlb edəcək güclülüyə malikdir və bu ölkənin strateji rəqiblərini problemlə üzləşdirmək və yaxud təhdid etmək potensialını artırır.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, ABŞ-ın American Foreign Policy İnstitutu öz oktyabr hesabatında bildirib: İran son həftələrdə Rusiya və Çindən hərbi sursatlar satın almaqla Əhatəli Müştərək Təşəbbüs Proqramından sonra öz müdafiə qabiliyyətlərini yüksəltməkdədir.
Bu hesabatda bildirilir: İran Əhatəli Müştərək Təşəbbüs Proqramının köməyi ilə öz müdafiə büdcəsini üçdə bir artırmaq və istənilən xarici təhdid qarşısında maneə yaratmaq ardıncadır. İranın hərbi inkişafı Yaxın Şərqdə qüdrət tarazlığına təsirlər göstərəcək. Zamanın keçməsi ilə bu silah anlaşmaları İranı diqqəti cəlb edəcək dərəcədə gücləndirəcək və həmçinin strateji rəqiblərini problemə üzləşdirmək və yaxud onları hədələmək üçün bu ölkənin potensialını yüksəldəcək.

Teqlər