Okt 17, 2015 13:44 Asia/Baku
  • İran xarici işlər naziri: Qonşular avanturist fikirlərdən daşınsınlar
    İran xarici işlər naziri: Qonşular avanturist fikirlərdən daşınsınlar

İran İslam Respublikası xarici işlər naziri deyib: bəzi qonşu ölkələrdən istəyirik ki, avanturist fikirləri kənara qoysunlar və hamımızın regionda təhlükəsizliyə malik olmalı olduğumuzu qəbul etsinlər.

İRİB-nin məlumatına görə, Məhəmməd Cavad Zərif Tehranda Almaniya xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib: İŞİD İslam dini ilə heç bir bağlılığa malik deyil. Eyni zamanda, Avropada islamofobiya rəvac verilməsinin durdurulması ilə yanaşı, İŞİD-in maliyə qaynaqları habelə, bu terror qruplaşmasına yeni insan qüvvəsinin çatdırılması yolları durdurulmalıdır. İŞİD-ə yeni maliyə yardımlarının edilməsinə və yeni insan qüvvəsinin qoşulmasına icazə verməməliyik.
Zərif əlavə edib: Təəssüflər olsun ki, bəzi qonşu ölkələr bu kimi terrorçu qruplaşmalardan qısamüddətli mənafelər üçün istifadənin edilməsini mümkün hesab edərək, onlara kömək edirlər. Amma, bu gün hamı dərk edib ki, bu terrorçu qruplaşmalar bütün region üçün təhdiddir.
Almaniya xarici işlər naziri və Almaniya kanslerinin müavini də bu mətbuat konfransında İran ilə əməkdaşlıqların genişləndirilməsi vacibliyinə təkid edərək, deyib: Almaniya və 5+1 qrupuna üzv ölkələr bütün sahələrdə İran ilə əməkdaşlıqlarını genişləndirməyə çalışırlar.
Ştaynmayer cənab Zərif ilə görüşündə əldə olunmuş nailiyyətlərə də işarə edib: Almaniya 5+1 qrupuna üzv digər ölkələrlə birlikdə bütün sahələrdə İran ilə əməkdaşlıqlarını genişləndirməyə çalışır.

Teqlər