Okt 21, 2015 15:44 Asia/Baku
  • Hüseyn Əmir Abdullahiyan
    Hüseyn Əmir Abdullahiyan

İran İslam Respublikası xarici işlər nazirinin müavini Tehran-Moskva əlaqələrini konstruktiv adlandırıb.

İRNA-nın məlumatına görə İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan dünən, çərşənbə axşamı Londonda Avropa Şurasının Xarici Əlaqələr İnstitutunda keçirilən iclasda çıxışı zamanı Suriyada terrorçular ilə mübarizədə İran və Rusiya əməkdaşlıqlarının məhdud səviyyədə olduğunu bildirib və deyib: Tehran-Moskva əlaqələri davamlı və stratejidir və İran Avropa ölkələri ilə də oxşar əlaqələr ardıncadır.

Əmir Abdullahiyan İran və Suriyanın İŞİD ilə mübarizədə ahəngdar rəftara malik olduqlarını bildirib və deyib: İranın hərbi attaşeləri terrorizm ilə mübarizəyə dəstək vermək üçün Suriyadadırlar və son günlər ərzində bu attaşelərin sayı artırılıb.

İran xarici işlər nazirinin müavini daha sonra qonşu ölkələr ilə əlaqələri Tehranın xarici siyasət üzrə prioritetlərindən adlandırıb və deyib: Elə bunu nəzərə alaraq, Fars körfəzi ətrafında yerləşən ölkələr o cümlədən İraq və Ərəbistan ilə əlaqələrin möhkəmləndirilməsini müsbət qarşılayırıq.

Teqlər