İran silahlı qüvvələri hər bir təhdidə cavab vermək qüdrətinə malikdir
Okt 25, 2015 12:43 Asia/Baku
İran Silahlı Qüvvələri Baş Qərargahı rəisinin insan qüvvələri üzrə müavini deyib ki, silahlı qüvvələr quru, hava və dəniz sahələrində hər bir nöqtədə hər bir təhdidə cavab vermək qüdrətinə malikdir.
IRNA-nın məlumatına görə, general-mayor Məhəmməd Həsən Baqeri İranın cənubundakı Buşehr vilayətində keçirilən bəsicilərin toplantısında əlavə edib: İslam döyüşçülərinin səyləri və fəaliyyətləri sayəsində İranın silahlı qüvvələri hər zamandakından daha hazırlıqlıdır.General-mayor Baqeri deyib ki, İranın silahlı qüvvələri Ali Baş Komandanın göstərişi ilə hər bir nöqtədə və hər bir zamanda hər bir təhdid qarşısında öz tapşırıqlarını ən yaxşı tərzdə yerinə yetirməyə hazırdırlar və bu, İran Silahlı Qüvvələrinin qüvvət nöqtələrindəndir.
İran Silahlı Qüvvələri Baş Qərargahı rəisinin insan qüvvələri üzrə müavini sonra deyib: Böyük şeytan olan Amerika və ondan asılı olanlar var-yoxlarını səfərbər ediblər ki, islami oyanışın qarşısını alsınlar və bu gün İŞİD-çilər zalım qüvvələrin dəstəyi ilə İslamın simasını dünyada çirkin göstərməyə çalışırlar, lakin bu, əbəs bir xəyaldır.