İran ilə Rusiya arasında uran mübadiləsi müqaviləsi tənzimlənəcək
Okt 25, 2015 14:16 Asia/Baku
-
İran ilə Rusiya arasında uran mübadiləsi müqaviləsi tənzimlənəcək
İranın Atom Enerjisi Təşkilatının sözçüsü İran ilə Rusiya arasında uran mübadiləsi müqaviləsinin dəqiq şəkildə tənzimlənməsindən xəbər veirb.
Mehr xəbər agentliyinin məlumatına görə, Behruz Kəmalvəndi İslam İnqilabının Böyük Rəhbərinin şərtləri əsasında Rusiya ilə uran mübadiləsini vurğulayaraq, deyib: İranın Rusiyaya verəcəyi zənginləşdirilmiş uran maddələri və onun əvəzində alacağı maddələr ilə əlaqədar, mütləq bu məsələyə diqqət yetiriləcəkdir ki, təhvil verilmiş maddələr qarşılığında, müqavilə əsasında razılaşdırılmış maddələr alınmış olsun.Kəmalvəndi söyləyib: Səy edilir, İran və Rusiyanın müqavilə və öhdəlikləri elə bağlansın ki, problem və anlaşılmazlıq yaratmış olmasın.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei son zamanlar İran prezidentinə ünvanladıqları məktubda nüvə anlaşmasının icrası şərtlərini bildirdilər.
İslam İnqilabının Böyük Rəhbərinin məktubunda deyilir: Ərak zavodunun onun ağırlıq mahiyyətinin qorunması ilə yenidən qurulması barədə addım yalnız o zaman atılacaqdır ki, onun icrası üçün yetərli zəmanət və əvəzedici layihə barədə qəti və mötəbər müqavilə bağlanmış olsun.
Bu məktubda habelə qeyd olunub ki, mövcud zənginləşdirilmiş uranın xarici dövlətlə dəyişdirilməsi o zaman başlanacaqdır ki, bu haqda yetərli zəmanətlə yanaşı, mötəbər bir müqavilə bağlanmış olsun.