Tehranın xarici gəmilərin İranın cənub limanlarına yan alması üçün şərti
https://azeri.sahartv.ir/news/İran-i198977-tehranın_xarici_gəmilərin_İranın_cənub_limanlarına_yan_alması_üçün_şərti
İranın Limanlar və Dənizçilik Təşkişatının icraçı müdiri xarici gəmilər və beynəlxalq gəmiçilik xəttinin İran limanlarına yan almasının şərtini İranın yüklərini daşımaqla yanaşı, İran ilə qonşu olan ölkələrin və tranzit yüklərinin də daşıması adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2015 13:46 Asia/Baku
  • Tehranın xarici gəmilərin İranın cənub limanlarına yan alması üçün şərti
    Tehranın xarici gəmilərin İranın cənub limanlarına yan alması üçün şərti

İranın Limanlar və Dənizçilik Təşkişatının icraçı müdiri xarici gəmilər və beynəlxalq gəmiçilik xəttinin İran limanlarına yan almasının şərtini İranın yüklərini daşımaqla yanaşı, İran ilə qonşu olan ölkələrin və tranzit yüklərinin də daşıması adlandırıb.

İRİB-nin məlumatına görə, Məhəmməd Səidnejad İrana qarşı dəniz və liman sanksiyalarının ləğv edilməsinə işarə edərək, deyib: Hal hazırda bir çox xarici gəmi İran limanlarına yan almağa hazır vəziyyətdədirlər.
Səidnejad İran limanlarına yan alan xarici gəmilərin İran limanlarının imkanlarından istifadə etdiklərini deyərək, əlavə edib: Beynəlxalq gəmiçilik xəttinə aid xarici gəmilər beynəlxalq cəzalardan qorxduqları üçün İran limanlarına daxil olmaqdan çəkinirlər.