Okt 29, 2015 17:29 Asia/Baku
  • İranın iştirakı ilə Suriya böhranının həll yolları araşdırılacaq
    İranın iştirakı ilə Suriya böhranının həll yolları araşdırılacaq

İranın xarici işlər naziri Suriya barədə Vyana iclasında iştirak məqsədilə bir heyətlə Avstriya paytaxtına yola düşüb.

İranın xarici işlər nazirinin üç müavini Məhəmməd Cavad Zərifi bu səfərdə müşayiət edir.
Vyana iclası İran, Rusiya, ABŞ, Ərəbistan, Türkiyə və bəzi digər ölkələrin iştirakı ilə Suriya böhranı üçün həll yolunun tapılması məqsədilə cümə günü keçiriləcək.
İranın xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini deyib ki, İranın Suriyanı himayə üzrə siyasətində heç bir dəyişiklik yaranmayıb.
İranın xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Əmir Əbdollahiyan IRIB ilə müsahibədə bu iclas barədə deyib ki, həmin iclas region və Suriya reallıqlarını dərk etmək üzrə səy və Suriyada siyasi proses və terrorizmlə mübarizənin gücləndirilməsinə kömək üçün bir fürsətdir.
Əmir Əbdollahiyan bildirib ki, Tehran daim Suriyadakı siyasi gedilşi və terrorizmlə mübarizəni dəstəkləyib və həmin prosesi izləməkdə davam edəcək.
İranın xarici işlər nazirinin müavini vurğulayıb: Suriya prezidenti Bəşşar Əsəddən keçmək niyyətində olan kəslər yaxşı bilirlər ki, siyasi proses çərçivəsində yalnız Suriya xalqı özü və Əsədin taleyi barədə qərar çıxaracaq.

Teqlər