Okt 31, 2015 10:08 Asia/Baku
  • Zərif: Suriya haqda yekun qərar bu ölkə xalqının öhdəsinədir
    Zərif: Suriya haqda yekun qərar bu ölkə xalqının öhdəsinədir

İranın xarici işlər naziri deyib ki, Suriyanın əsas qərar çıxaranı bu ölkə xalqıdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü axşam Vyanada Suriya iclasından sonra müxbirlər qarşısında əlavə edib: Ciddi və açıq bəhslər oldu və Suriya prezidenti barədə qərarın çıxarılması sahəsində iştirakçıların bəziləri tərəfindən səylər göstərildi.
İranın xarici işlər naziri bu iclasda İran tərəfindən bəyan olunmuş cəhətlər barədə deyib: Suriyada əsas tərəf xalqdır və Vyanada bir araya gəlmiş ölkələrin iclası Suriyadakı böhranın həllinə nail olmanı sürətləndirmək üçün olub.
IRNA-nın məlumatına görə, Zərif vurğulayıb ki, Suriyanın gələcəyi bu ölkə xalqı tərəfindən təyin olunmalıdır və Vyana iclası Suriya üçün bir məsulun təyin edilməsi üçün deyildi.
İranın xarici işlər naziri Vyana iclasındakı fikir ayrılıqlarına toxunaraq, deyib: Əlbəttə, fikir ayrılığı mövcuddur, amma bu iclasdakı bir qrup elə əvvəldən öz siyasi işinin əsasını Bəşşar Əsədin kənara qoyulması qərar verdi və İran da elə əvvəldən bildirdi ki, bu haqda qərarı Suriya xalqının özü və suriyalı qruplar çıxarmalıdırlar.
İranın xarici işlər naziri terrorizmlə mübarizə barədə də vurğulayıb: Bütün ölkələr bilməlidirlər ki, terrorizm və ekstremizm ciddi xətərdir; İŞİD bir oyun vasitəsi deyil, əksinə hamı üçün təhlükəsizlik və ciddi bir amildir və bütün ölkələr onunla ciddi davranmalıdırlar.
Suriya böhranının araşdırılması iclası BMT, Avropa Birliyi, eləcə də on yeddi ölkənin başçıları, nümayəndələri və xarici işlər nazirlərinin iştirakı ilə cümə günü Vyanada keçirildi.

Teqlər