Noy 01, 2015 15:25 Asia/Baku
  • İnqilab Rəhbəri: ABŞ-ın regiondakı məqsədləri İranın hədəfləri ilə 180-də fərqlidir
    İnqilab Rəhbəri: ABŞ-ın regiondakı məqsədləri İranın hədəfləri ilə 180-də fərqlidir

İslam İnqilabının Böyük Rəhbəri regional məsələlərlə bağlı ABŞ ilə müzakirələrin mənasız olduğunu bildiriblər: ABŞ-ın regiondakı məqsədləri İranın hədəfləri ilə 180-də fərqlidir.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbəri bu gün səhər İran İslam Respublikasının xarici işlər naziri, İranın xarici ölkələrdəki səfirləri və müvəqqəti işlər vəkilləri ilə görüşdə İranın xarici siyasətinin ölkə konstitusiyasındakı sabit və dəyişilməz prinsipləri və dayaqlarını, bu prinsiplərdən qaynaqlanan zərurətləri şərh edərək, İranın regional məsələlər o cümlədən Suriya, Yəmən və Bəhreynlə bağlı məntiqli və möhkəm həll yollarını şərh edərək, deyiblər: ABŞ-ın regiondakı məqsədləri İranın hədəfləri ilə 180% fərqlidir.
İnqilab Rəhbəri amerikalıların son dərəcə həssas bir məntəqə olan Qərbi Asiyadakı siyasətlərini regiondakı gərginliyin başlıca səbəbi adlandırıb və deyiblər: Bəzilərinin düşüncələrinin əksinə olaraq, ABŞ regiondakı problemlərin həllinin yox, problemlərinin bir parçasıdır.

Teqlər