Zərif: Mina faciəsi itkinlərinin vəziyyətinə aydınlıq gətirilməlidir
Noy 02, 2015 10:00 Asia/Baku
-
Zərif: Mina faciəsi itkinlərinin vəziyyətinə aydınlıq gətirilməlidir
İran xarici işlər naziri Mina faciəsində itkin düşmüş iranlıların vəziyyətinə aydınlıq gətirilməli olduğunu vurğulayıb.
İRNA-nın məlumatına görə Məhəmməd Cavad Zərif bazar günü İran İslam Respublikasının xarici ölkələrdəki səfirləri və nümayəndəlik rəhbərləri ilə görüşdə deyib: İranın Xarici İşlər Nazirliyi Mina faciəsinə görə məsuliyyət daşıyan tərəflərin müəyyən edilməsi, bu faciədə həyatını itirənlərin hüquqlarının təmin edilməsi yollarının araşdırılması, bundan sonra həcc mərasimləri zamanı oxşar hadisələrin təkrarlanmasının önlənilməsi üçün lazımi tədbirlərin görülməsi istiqamətində səy göstərir.Zərif Mina faciəsi qurbanlarının ailələrinə başsağlığı verərək, əlavə edib: Mina faciəsində həyatını itirən əməkdaşlarımız Xarici İşlər Nazirliyinin ən yaxşı, ən təmiz və ən məsuliyyətli işçilərindən idilər və onların hədəf və məqsədləri bu məcmuə tərəfindən qorunacaq, davam etdiriləcək.
İran İslam Respublikasının xarici ölkələrdəki səfirləri və nümayəndəlik rəhbərləri iclası Mina faciəsində həyatını itirmiş diplomatların xatirəsinin yad edilməsi ilə işə başlayıb.