İran öz öhdəliklərinə sadiqdir
Noy 05, 2015 12:18 Asia/Baku
İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İran İslam Respublikası Vyana anlaşmasında təyin olunn zaman cədvəli və Əhatəli Müştərək Təşəbbüs proqramına əsasən öz öhdəliklərini yerinə yetirir.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Yaponiyada səfərdə olan Əli Əkbər Salehi Tokioda müxtəlif enerji sektorlarının nümayəndələri və diplomatların toplantısında bildirib: İranın öhdəliklərinin bir hissəsi sentrifuqaların sayının azaldılması ilə əlaqədardır. İran bu işin hazırlıqlarına başlayıb.İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin Ərak Ağur Su reaktoru barədəki məsələyə yenidən baxılmasına toxunaraq deyib: İran 6 ölkənin tənzimləyərək təqdim edəcəyi rəsmi sənədi gözləyir.
Salehi əlavə edib: 5+1 qrupuna üzv ölkələrin sənədinin İrana təhvil verilmədiyi zamana qədər bu tədqiqat mərkəzində İran tərəfindən qarşılıqlı heç bir iş görülməyəcək.
İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bazar günü Yaponiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşmək və Paquaş iclasında iştirak etmək məqsədilə Tokioya səfər edib.