Ayətullah Əraki Fələstini himayə üzrə qüvvələrin səfərbər edilməsini vurğuladı
https://azeri.sahartv.ir/news/İran-i199294-ayətullah_Əraki_fələstini_himayə_üzrə_qüvvələrin_səfərbər_edilməsini_vurğuladı
İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi sionist rejim qarşısında fələstin xalqını himayə etmək üçün yardımların artırılmasını və qüvvələrin səfərbər edilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2015 14:13 Asia/Baku
  • Ayətullah Əraki Fələstini himayə üzrə qüvvələrin səfərbər edilməsini vurğuladı
    Ayətullah Əraki Fələstini himayə üzrə qüvvələrin səfərbər edilməsini vurğuladı

İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi sionist rejim qarşısında fələstin xalqını himayə etmək üçün yardımların artırılmasını və qüvvələrin səfərbər edilməsini istəyib.

İRNA-nın məlumatına görə, Ayətullah Möhsün Əraki İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyası Ali Şurasının Beyrutda keçirilən 186-cı iclasında deyib: Fələstin İslam Dünyasının başlıca məsələsidir və müsəlmanlar bu məsələdə ortaq fikrə malikdirlər.
Ayətullah Əraki İslam düşmənlərinin İslam Ümmətinin Fələstin xalqına və müqavimət cəbhəsinə yardımlarına mane ola bilməyəcəyini deyərək, vurğulayıb: Onlar İslam dünyasını parçalamaq və məhv etmək niyyətindədirlər. Və düşmənlərin hazırda ən mühüm fitnəsi İslam Ümmətini öz başlıca vəzifəsini yerinə yetirməkdən çəkindirməkdir.
İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi İslam düşmənlərinin fitnəsinin İslami Oyanışın ardınca artdığını deyərək, əlavə edib: İslam düşmənlərinin başqa bir fitnəsi müsəlmanlar arasında fitnə salmaq və İslam Ümmətini daxili müharibələr ilə parçalamaqdır. Onlar bu yolla İslam Ümmətinin birliyini hədəfə almaq və öz məqsədlərinə bu yolla çatmaq istəyirlər.
Ayətullah Əraki əlavə edib: İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının əsas vəzifələrindən biri İslam Dünyası kompasının əqrəblərini Fələstinə doğru istiqamətləndirmək və Fələstin xalqı və müqavimətini himayə etməkdir.