Avropa Parlamentinin sədri Tehranda səfərdədir
Noy 07, 2015 13:04 Asia/Baku
-
Avropa Parlamentinin sədri Tehranda səfərdədir
Avropa Parlamentinin sədri İran və AB arasında müzakirələrin möhkəmləndirilməsi məqsədi ilə bu gün Tehrana səfər edib.
İRNA-nın məlumatına görə, Avropa Parlamentinin sədri Martin Şultz İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb, danışıqlar aparmalıdır.İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Komissiyasının sədri Məhəmməd Cavad Laricani və İran İslam Şurası Məclisinin Araşdırmalar Mərkəzinin sədri Kazım Cəlali ilə də görüşüb, danışıqlar aparmaq Martin Şultzun bir günlük səfər proqramına daxildir.
Tehranda səfərdə olan Martin Şultz indiyə kimi İran İslam Şurası Məclisinin sədri Əli Laricani və Ticarət Palatasının sədri Möhsün Cəlalpur ilə görüşərək, ikitərəfli əlaqələrin genişləndirilməsi yolları barədə danışıqlar aparıb.
Bu, ilk dəfədir ki, Avropa Parlamentinin sədri İrana səfər edir.