İran və Cənubi Afrika arasında 3 əməkdaşlıq sənədi imzalandı
Noy 08, 2015 20:59 Asia/Baku
-
İran və Cənubi Afrika arasında 3 əməkdaşlıq sənədi imzalandı
İran İslam Respublikası və Cənubi Afrika Respublikası arasında iqtisadi əlaqələrin genişləndirilməsi üzrə 3 əməkdaşlıq sənədi imzalanıb. Bu sənədlərə əsasən iki ölkə iqtisadiyyatın inkişafı, qanunsuz pulların leqallaşdırılması ilə mübarizə və birgə sərmayə qoyuluşu sahəsində əməkdaşlıq edəcək.
Cənubi Afrika Respublikası Afrikanın cənubunda, Atlantik və Hind okeanlarının sahillərində yerləşir. 53 milyona yaxın əhalisi var. Əhalinin 79%-ni qaradərili afrikalılar təşkil edir. Cənubi Afrika əhalisinin 6.9%-ni ağdərililər, 9.8%-ni isə rənglidərililər və 5.2%-ni hind-asiya əsillilər təşkil edir.Cənubi Afrika prezidentinin müavini 160 nəfərlik böyük bir heyətin başında İrana səfər edib.
Ramafuza bu gün İran-Cənubi Afrika iqtisadi əlaqələr iclasında ölkəsinin, Afrikada fəaliyyətə malik olmaq istəyən ölkələr üçün tramplin rolunu oynamağa hazır olduğunu bildirib. O deyib: "Biz İranda investisiya qoymaqla öz regional fəaliyyətlərimizi Yaxın Şərqdə genişləndirmək niyyətindəyik. İran və Cənubi Afrika arasındakı əlaqələr qədim keçmişə malikdir və Cənubi Afrika, Aparteid əleyhinə mübarizə apardığı çətin günlərdə, İranın himayələrinə malik olub".
Nemətzadə də bu görüşdə deyib: 1999-cu ildən Nelson Mandellanın İrana səfər etməsi ilə iki ölkə arasında ticarət əlaqələrinə start verildi. O daha sonra deyib: "O zaman İranın neft-kimya sənayesinə 1 milyard dollar məbləğində sərmayə qoyuldu və tərəflər bu işdən çox razı idilər. Amma, son zamanlar xarici təzyiqlər və sanksiyalar nəticəsində Cənubi Afrika şirkəti müvəqqəti olaraq İranı tərk etməyə məcbur oldu. Və ümidvarıq bu zəmində iki ölkə arasında əməkdaşlıqlar yenidən bərpa edilsin".
Tehranda səfərdə olan Cənubi Afrika heyəti İran rəsmiləri ilə görüşlər həyata keçirib.