İran və CAR; Mərkəzi Asiya və Afrikanın əlaqə körpüsü
Noy 09, 2015 13:56 Asia/Baku
-
İran və CAR; Mərkəzi Asiya və Afrikanın əlaqə körpüsü
İran İslam Respublikası prezidenti Afrika ölkələri ilə əməkdaşlığın genişlənməsini İslam Respublikasının xarici siyasətinin prinsiplərindən adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani Tehranda Cənubi Afrika Respublikası prezidentinin müavini Kiril Ramafozanı qəbul edib. Görüşdə İran və Cənubi Afrika Respublikasındakı mövcud potensiallara toxunan prezident ikitərəfli əməkdaşlıqların genişləndirilməsi istiqamətində bu potensiallardan istifadənin vacibliyini vurğulayıb.Cənubi Afrika Respublikası və Afrika xalqlarının İran xalqı yanında xüsusi yerə malik olduqlarını və İslam İnqilabının qələbəsindən sonra da İran xalqının Cənubi Afrika Respublikasının müstəqilliyi və hüququnu müdafiə etmək üzrə inqilabçı və aydın mövqe nümayiş etdirdiyini bəyan edən Ruhani deyib: İran həmişə Cənubi Afrika Respublikasını öz dostu hesab etmiş və bu ölkə xalqının müstəqillik və inqilabçı mövqelərini dəstəkləmişdir.
İran İslam Respublikası prezidenti əməkdaşlıqlar, mədəni və universitet əlaqələrinin genişləndirilməsi, İran və Cənubi Afrika Respublikası vətəndaşlarının gediş-gəlişlərinin asanlaşdırılmasını zəruri adlandırıb və əlavə edib: İranın elmi və araşdırma mərkəzləri Cənubi Afrika Respublikasının gənc və universitet nəslinin aydın gələcəyə malik olduğunu bildirirlər.
Ruhani həmçinin Tehran və Pretoriyanın beynəlxalq problem olaraq terrorizmlə mübarizə sahəsindəki əməkdaşlığının vacibliyini vurğulayaraq bildirib: İran İslam Respublikası beynəlxalq səviyyədə radikallıq və zorakılıqla mübarizədə qətiyyətlidir və inanır ki, hamı bu istiqamətdə iştirak edəcək və çalışacaqdır.
Cənubi Afrika Respublikası prezidentinin müavini də İran və CAR-ın səmimi və dostluq əlaqələri və Tehranın Aparteid rejimi qarşısında Afrika xalqının mübarizələrini dəstəklədiyinə toxunaraq deyib: CAR xalqı irqçiliklə mübarizə dövründə İranın mövqeyi, yardımları və dəstəklərini heç vaxt unutmayacaq.