İslam İnqilabının Böyük Rəhbəri İranın elmi inkişafının böyük sürətini vurğulayıblar
Noy 11, 2015 15:46 Asia/Baku
-
İslam İnqilabının Böyük Rəhbəri İranın elmi inkişafının böyük sürətini vurğulayıblar
İslam İnqilabının Böyük Rəhbəri İranın nüvə sahəsində, xüsusən uran zənginləşdirilməsindəki bacarığını Qərbin İrana qarşı düşmənçiliyinin şiddətlənməsi amili adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya portalının məlumatına görə, Həzrət Ayətullahuluzma Xamenei çərşənbə günü ali təhsil mərkəzləri və universitetlərin başçıları ilə görüşdə qərblilərin nüvə müzakirələrindəki şərtlərini xatırladaraq, deyiblər: Bütün təzyiq və sanksiyalara rəğmən, İran İslam Respublikası inkişaf və tərəqqi yolunda hərəkət edir.İslam İnqilabının Böyük Rəhbəri Amerikanın elmi inkişafa İrandan 140 il tez başladığını bəyan edərək, deyiblər: Dünyanın diqqətini özünə çəkən məsələ, bizim sürətli inkişafımızdır, belə ki, elan olunub ki, İran İslam Respublikasının elmi inkişafının sürəti dünyanın inkişafının sürətindən 13 dəfə çoxdur.