İslami İran təhdidlərin yeni siması ilə üzləşir
Noy 16, 2015 16:23 Asia/Baku
İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı deyib ki, İslami İran vasitəli müharibə kimi təhdidlərin yeni siması ilə üzləşir və terror qrupları bu müharibələrin oyunçularıdırlar.
General-mayor Əhmədreza Purdəstan İranın şimal-şərqində Muhəmməd Rəsulallah(s.ə.s.) müdafə və təhlükəsizlik manevrinin mətbuat konfransında İŞİD təhdidinin təzə bir məsələ olmadığını və ciddi sayılmadığını bildirərək, deyib ki, ordunun bu sahədəki strategiyası ölkə sərhədlərinə çatmazdan öncə İŞİD ilə üzləşməkdir.Purdəstan əlavə edib: Əldə olunmuş məlumatlara əsasən, hazırda İŞİD-dən bir qrup Əfqanıstanın şimalında taliblərlə həmkarlıq edir ki, İran sərhədlərinin 40 kilometrlik məsafəsinə yaxınlaşacağı halda, kəskin cavab alacaqdır.
İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı həmçinin Tehran Universitetinin həmkarlığı ilə gələcəkdə bu qoşunların bir neçə yeni silahının təqdimatından xəbər verib və deyib ki, ordunun ehtiyaclarının bir hissəsinin təmini sahəsində universitetlərin imkanlarından istifadə olunacaq.
Ordunun Muhəmməd Rəsulallah(s.ə.s.) səhra, müdafə və təhlükəsizlik manevri sabahdan iki gün müddətinə Xorasan Rəzəvi vilayətinin Torbəte Cam ümumi məntəqəsində keçiriləcək.