İnqilab Rəhbəri ekologiya üzrə külli siyasətləri bəyan ediblər
Noy 17, 2015 13:48 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının Əsas Qanununun 110-cu maddəsinin 1-ci bəndinin icrası istiqamətində hakimiyyət qüvvələrinə ünvanladıqları məktubda ekologiya üzrə külli siyasətləri bəyan ediblər.
Ətraf mühit üzrə vahid milli sistemin yaradılması, həyati mənbələrin sistemli və ahəngdar idarəçiliyi, ətraf mühitin dağıdılmasının kriminalizasiyası, ölkənin ekosisteminin atlasının hazırlanması, ekodiplomatiyanın gücləndirilməsi, yaşıl iqtisadiyyatın genişləndirilməsi və irani-islami dəyər və meyarlara söykənən ekoəxlaq İslam İnqilabının Böyük Rəhbərinin bildirişlərinin mehvərlərindəndir.Ayətullahuluzma Xamenei tərəfindən bildirilmiş ekologiya üzrə külli siyasətlərin mətnində deyilir: Ətraf mühit sahəsində ikitərəfli, çoxtərəfli, regional və beynəlxalq təsiredici və məqsədyönlü həmkarlıqlar və iştirakın cəlb olunması, münasibətlərin genişlənməsi, su çirklənmələri və toz-torpaq ilə mübarizə üçün regional orqanların yaradılması və gücləndirilməsi istiqamətində səy göstərilməlidir.