İran və Fransa prezidentləri terrorzmlə hərtərəfli mübarizəni vurğulayıblar
Noy 17, 2015 13:29 Asia/Baku
-
İran və Fransa prezidentləri terrorzmlə hərtərəfli mübarizəni vurğulayıblar
İran və Fransa prezidentləri terrorizmlə mübarizə çərçivəsində müştərək təhlükəsizlik və informasiya əməkdaşlığı üçün iki ölkənin hazırlığını elan ediblər.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani çərşənbə axşamı günü Fransa prezidenti Fransua Ollandla telefon söhbətində dünyada islamofobiyanın yaradılmasını terrorçuların məqsədi adlandırıb və bildirib: İran terrorizmin ən böyük qurbanı olaraq bu fenomenlə mübarizə istiqamətində Fransa ilə təhlükəsizlik və informasiya əməkdaşlığı etməyə hazırdır.Suriya və İraqda terrorçularla mübarizənin gücləndirilməsini vurğulayan Ruhani əlavə edib: İslam sülh dinidir və istənilən terror hücumuna qarşıdır və terrorçuların özlərini islama aid etmələri böyük yalandır.
İran prezidenti önəmli prioritet olaraq Suriya və İraqda terrorçuların məhv edilməsinin bütün ölkələrin məsləhətləşmə və əməkdaşlığa ehtiyaclı olduğunu bildirərək deyib: İran beynəlxalq səviyyədə terrorizmlə mübarizə üçün vahid bir cəbhənin yaradılmasını istəyir.
Ruhani Fransa xalqı və dövlətinə son Paris terror aktında bir qrup Fransa vətəndaşının həlak olması ilə bağlı başsağlığı verib və deyib: Terrorçular bütün xalqlar və dövlətlərin iradəsi qarşısında heç vaxt öz məqsədlərinə çata bilməzlər.
İran prezidenti ümidvarlıq edib ki, terrorizmi öz mənafelərini irəlilətmək üçün vasitə olaraq istifadə etməyə çalışan ölkələr belə hərəkətlərin dünya üçün təhlükələri olduğunu dərk edəcəklər.
Fransa prezidenti Fransua Olland da bu telefon söhbətində İŞİD terror qruplaşması ilə mübarizə üçün bütün ölkələrin birləşməsinə səyin göstərilməsini vurğulayıb və deyib: İŞİD-in Parisə hücumu bütün dünya insanlarına hücum idi və hamı birliklə Suriya və İraqda onlarla mübarizə aparmalıdır.
Fransa prezidenti prioritetin Suriyada terrorizmlə mübarizə olmalı olduğunu vurğulayaraq deyib: Terrorçuların maliyyə və silah-sursat ehtiyatlarının məhv edilməsi zəruridir.
Fransa prezidenti Parisin İranla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirərək ümidvarlıq edib ki, İran prezidentinin Fransaya səfəri tezliklə baş tutacaq.
Teqlər