Noy 18, 2015 13:25 Asia/Baku
  • İran AEBA-nın Direktorlar Şurasının qətnamələrinin ləğv edilməsini istədi
    İran AEBA-nın Direktorlar Şurasının qətnamələrinin ləğv edilməsini istədi

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Atom Enerjisi Beynəlxalq Təşkilatının İrana qarşı qətnamələrinin ləğv edilməsini istədi.

Qulaməli Xoşru BMT Baş Assambleyasının Atom Enerjisi Təşkilatının illik hesabatı ilə bağlı iclasında İranın agentlik ilə razılaşdırılmış "Yol Xəritəsi" proqramına əsasən könüllü qaydada bütün öhdəliklərini yerinə yetirməsini nəzərə alaraq, AEBA-nın Direktorlar Şurasının İranla bağlı bütün qətnamələrinin ləğv edilməsi və agentliyin baş direktorunun yekun hesabatının ardınca İranın nüvə işinin həmişəlik olaraq bağlanılmasını istəyib.
Qulaməli Xoşru Hərtərəfli Müştərək Addım Proqramına işarə edərək, deyib: BMT Təhlükəsizlik Şurasının İranın nüvə işi ilə bağlı baxışında köklü dəyişikliyin baş verməsi AEBA-nın Direktorlar Şurasında da təkrarlanmalı və İrana qarşı bütün qətnamələri ləğv edilməlidir.
İranın AEBA-dakı nümayəndəsi Rza Nəcəfi də bu barədə deyib: 5+1 qrupu Hərətəfli Müştərək Addım Proqramının icra şərtinin İranın nüvə işinin bağlanması olduğunu yaxşı bilirlər.

Teqlər