Məhəmməd Rəsulullah (s.ə.s) hərbi təlimləri uğurla başa çatıb
Noy 18, 2015 18:10 Asia/Baku
İran İslam Respublikası ordusunun ölkənin şimal-şərqində keçirdiyi 33-cü Məhəmməd Rəsulullah (s.ə.s) hərbi təlimləri uğurla sona çatıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası ordusunun quru qüvvələrinin bütün çevik reaksiya alayları çərşənbə günü Xorasan vilayətinin Türbət Cam məntəqəsində keçirilən Məhəmməd Rəsulullah (s.ə.s) hərbi təlimlərinin son mərhələsində iştirak ediblər.İran İslam Respublikası Ordusunun Aeronavtika qüvvələrinin vertolyotlarının dəstəyi ilə birləşik əməliyyatın icrası, eləcə də fərz olunan düşmənin mövqelərinin texniki cəhətdən partladılması ilə birlikdə ağır arsenal atəşlərinin icrası hərbi təlimlərin bugünkü proqramlarından olub.
Həmçinin İran ordusu quru qüvvələrinin pilotsuz təyyarələri hərbi təlimlər keçirilən məntəqənin səmasında uçuşlar keçirərək, fərz olunan düşmənin mövqeləri, istehkamları, təchizatı və insan qüvvəsini aşkarlayıb və müəyyən kadrlar çəkdikdən sonra bütün məlumatları hərbi təlimlər keçirilən məntəqədə yerləşən çevik reaksiya qüvvələrinə göndəriblər.
İran ordusu quru qoşunlar komandanı general-mayor Əhməd Rza Purdəstan bu hərbi təlimlərin müraciətini İran xalqı üçün düşmənlər qarşısında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin hazırlığının nümayiş olunması və region ölkələri üçün bölgənin təhlükəsizliyinin bərqərar olunmasında İran ordusunun hazırlığı adlandırıb.
İran ordusunun Şimal-Şərqdə hərbi zabiti general-mayor Əli Cahanşahi də Məhəmməd Rəsulullah (s.ə.s) hərbi təlimlərinin yekun mərhələsi barədə deyib: Bu hərbi təlimlərdə çevik reaksiya qüvvələri və helikopterlərdən istifadə olunmaqla təkfirçi və terrorçu qruplaşmalarla mübarizə, eləcə də informasiyanın toplanması, aşkarlama və bir sıra digər məsələlər diqqət mərkəzində saxlanıldı.
Məhəmməd Rəsulullah (s.ə.s) hərbi təlimlərinin yekun mərhələsində yerli silahlardan istifadə əlavə, "Mühacir" və "Yəsir" yerli iki pilotsuz təyyarəsi də əməliyyatlarını uğurla icra edib.