Noy 19, 2015 16:31 Asia/Baku
  • İran dünyanın müxtəlif ölkələrinə iqtisadi attaşelər ezam edib
    İran dünyanın müxtəlif ölkələrinə iqtisadi attaşelər ezam edib

Bütün ölkələrlə ticarət əlaqələrinin genişlənməsi istiqamətində İran İslam Respublikası hökumətinin siyasəti çərçivəsində 21 iqtisadi attaşe dünyanın 21 ölkəsinə ezam olunub.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumatına görə, İranın İnkişaf və Ticarət Təşkilatının nümayəndəliklərinin məsələləri üzrə idarəsinin baş direktoru Rza Abbasqulu cümə axşamı günü Qum şəhərində ixracatçıların mükafatlandırılması konfransında ticarət diplomatiyasının aktivləşdirilməsinin İran hökumətinin diqqət mərkəzində durduğunu bəyan edərək bildirib: Bu çərçivədə İranın 21 iqtisadi attaşesi 21 ölkəyə ezam olunub.
İranın İnkişaf və Ticarət Təşkilatının nümayəndəliklərinin məsələləri üzrə idarəsinin baş direktoru deyib: 9 iqtisadi attaşe də 9 ölkəyə ezam olunacaq. Onların 4-ü Avropa ölkələrində yerləşəcək.
Abbasqulu əlavə edib: İqtisadi attaşelərin diqqət mərkəzində duran əsas məsələlər xarici investorların cəzb olunması, müştərək investisiyaların yatırılması, texnologiyanın İrana nəql olunması və Latın Amerikası kimi yeni bazarlara çıxışa səy göstərmək olacaq.

Teqlər