Noy 23, 2015 14:34 Asia/Baku
  • Venesuella prezidenti İnqilab Rəhbəri ilə görüşüb
    Venesuella prezidenti İnqilab Rəhbəri ilə görüşüb

İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Müstəqil ölkələrin yeganə inkişaf yolu "müqavimət" və "iradələr müharibəsi"ndə "xalqa söykənmək"dir.

İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün bazar ertəsi Venesuella prezidenti Nikolas Madoro ilə görüşdə Venesuellanın imperializm qarşısındakı müqaviməti və mübarizəsini analiz edərək, deyiblər: Bu gün imperialist siyasətlər bəşəriyyət üçün böyük bir bəlaya çevrilib.
Həzrət Ayətullahülüzma Xamenei ABŞ-ın Latın Amerikası ilə bağlı tamahkarlığa əsaslanan siyasətlərinə işarə edib və deyiblər: Amerika bu məntəqəni özünün arxa bağçası hesab edir. Amma, Venesuellanın misilsiz müqaviməti bu məntəqəni müstəqil bir nöqtəyə çevirdi.
İslam İnqilabının Böyük Rəhbəri Amerikanın Venesuellaya təzyiq göstərməkdə məqsədini Venesuella xalqı və dövlətinin ilhamverici müqaviməti və mübarizəsini məhv etmək adlandırıb və İranda Pəhləvi rejimini devirməyə nail olan İslam İnqilabı kimi uğurlu bir nümunəyə işarə edərək, deyib: İmam Xomeyni(r.ə) yalın əl ilə, amma, xalqa arxalanaraq, səhnəyə daxil oldu və ABŞ və Avropa tərəfindən himayə edilən bir dövləti devirməyi bacardı. Müstəqil dövlətlərin qələbəyə gedən yolu elə bu uğurlu nümunədən istifadə etməkdir.
O həzrət İran İslam Respublikasının sanksiyalara və təzyiqlərə rəğmən, elm və texnologiyalar sahəsində əldə etdiyi uğuru dəyərli adlandırıb və deyib: Bu təcrübə xalqın iştirakı və əməkdaşlığı ilə əldə olunub və problemlərin həlli xalqın razılığını əldə etmək, xalqa sədaqətli xidmət etməkdən keçir.
Həzrət Ayətullahülüzma Xamenei həmçinin, İran və Venesuella arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə təkid edərək, deyiblər: İran Venesuellanın inkişafı və uğurlarını öz inkişafı və uğuru hesab edir.
Venesuella prezidenti də İslam İnqilabının Böyük Rəhbəri ilə bir daha görüşməsindən razılıq edərək, İranı tarixi bir mahiyyətə malik ölkə adlandırıb və deyib: İran və Venesuella həqiqi dostlar olaraq, davamlı əlaqələrə malikdirlər.
Nikolas Madoro Venesuellanın mərhum prezidenti Huqo Çavesin İrana və İslam İnqilabının Böyük Rəhbərinə böyük sevgi bəslədiyini xatırladaraq, deyib: İmperializm dünyada xaos yaratmaq, ölkələri təhqir etmək yolu ilə xalqların müstəqilliyini məhv etməyə çalışır.

Teqlər